25 qeyri-qanuni miqrant donaraq öldü
09 fevral 2015 20:44 (UTC +04:00)

25 qeyri-qanuni miqrant donaraq öldü

0

İtaliya sahillərində 25 qeyri-qanuni miqrant donaraq ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, mühacirlər Liviyadan hava ilə doldurulmuş qayıqlar vasitəsilə Avropa ərazisinə qeyri-leqal yolla keçməyə cəhd edərkən ölüblər.

 

Qeyd olunur ki, İtaliya sahil mühafizəçiləri 105 nəfəri xilas edə bilib. Xatırladaq ki, 2014-cü ilin noyabrında yerli sahil mühafizəçiləri iki sutka ərzində 700 qeyri-qanuni miqrantın həyatını xilas etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar