Rusiyanın Leninqrad vilayətinin Murino qəsəbəsində faciə baş verib.
Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, avqustun 16-da yerli vaxtla saat 21:00 radələrində qəsəbədə inşa olunan 18 mərtəbəli “GreenLandiya” yaşayış binasının 13-cü mərtəbəsindən 22 yaşlı Azərbaycan vətəndaşı yıxılıb.
Ağır xəsarət alan həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis gənc insanın ölümü ilə bağlı yoxlamaya başlayıb.