22 il əvvəl oğurlanmış avtomobil sahibinə qayıtdı
06 avqust 2015 07:11 (UTC +04:00)

22 il əvvəl oğurlanmış avtomobil sahibinə qayıtdı

0

CAR-da polis əməkdaşı biznesmen Deriku Qusenin (Derick Goosen) 1993-cü ildə oğurlanan avtomobilini taparaq sahibinə qaytarıb.

 

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bir il əvvəl polis əməkdaşı mühərrik nömrəsi qismən silinmiş avtomobili aşkar edib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşı nəqliyyat vasitəsini nömrəsini bərpa edib və avtomobilin sahibini tapıb.

 

Buna oxşar hadisə 2012-ci ildə ABŞ-da olub. Onda Texas ştatının 66 yaşlı sakininə 42 il əvvəl oğurlanmış avtomobili qaytarılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar