20 nəfərin qətlində təqsirləndirilən şəxs: "İfadəni işgəncə altında vermişəm"
15 fevral 2016 16:07 (UTC +04:00)

20 nəfərin qətlində təqsirləndirilən şəxs: "İfadəni işgəncə altında vermişəm"

0

Taylandda 20 nəfəri öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadəsini dəyişib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, paytaxt Bankokda keçən il partlayış törədən əslən uyğur olan bombaçı məhkəmə istintaqı zamanı ifadə verib. O, ifadəsində ona qarşı verilən ittihamları qəbul etməyib, istintaqda isə işgəncə altında ifadə verdiyini deyib.

Məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin bir müddət Türkiyədə yaşadığı bildirilir. Onun bu ölkədə böyük iqamətgahı olduğunu da qeyd edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar