2014 tarixin "ən isti ili" olacaq
04 dekabr 2014 10:52 (UTC +04:00)

2014 tarixin "ən isti ili" olacaq

0

Dünya Meteorologiya Təşkilatının (DMT) sədri Mişel Carraud noyabr və dekabr aylarında orta hesabla eyni eniş göstərməsi nəticəsində 2014-cü ilin tarixin “ən isti ili” olacağını elan edib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində keçirilən mətbuat konfransında Carraud quru və suda 2014-cü ilin ilk 10 ayında hava temperaturunun orta hesabın üstündə ölçüldüyünü də qeyd edib: “Noyabr və dekabr aylarında təxmini eyni eniş olarsa 2014-cü il 2010, 2005 və 1998-ci illəri keçərək tarixin ən isti ili olacaq”. Bu vəziyyətin böyük ehtimalla dəniz səthi istiliyinin artmasından qaynaqlandığına diqqət çəkən Carraud bu günə kimi ən isti 15 ilinin 14-nün 21-ci əsrdə yaşandığını da deyib.

 

Mişel Carraud dünyada istiləşmənin dayanmadığını vurğulayaraq, rekord sayda istilərin, yağış və selin yaşayış sahələrini məhv etdiyini bildirib. DMT-nin məlumatına görə, 2014-cü ildə qışın ən şiddətli keçdiyi ölkələr ABŞ, Kanada və Rusiya, yazın isti keçdiyi yerlər isə Cənubi Afrika, Avstraliya, Argentina və Cənubi Amerikadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar