Suriyadan Britaniyaya məhv edilmək üçün 200 tondan artıq kimyəvi silah çatdırılıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Sauthemptona aparılan yük mütəxəssislər tərəfindən yoxlanılır. Yoxlamadan sonra yük məhv edilmək üçün Elsmir limanına yola salınacaq. Onu 15-dən artıq yük avtomobili müşayiət edəcək.
Kimyəvi məhsulların məhv edilməsi üzrə məsul “Veolia Environmental Services” şirkətinin təmsilçisi bildirib ki, kimyəvi silahlar müəyyən edilmiş qaydalar üzrə emal olunacaq.