Osmanlı tarixinin ən görkəmli hökmdarlarından olan Fateh Sultan Mehmetin məşhur qılıncı ortaya çıxıb - daha doğrusu, qılıncın oxşarı.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İstanbulda 39-cu “İstanbul Jewelry Show” qızıl sərgisi qapılarını açıb. Sərginin ən dəyərli nümunələrindən biri də xüsusi olaraq hazırlanan və tamamilə qızıldan ibarət olan qılıncdır. 8 kq qızıldan hazırlanan bu soyuq silah Sultan Mehmetin orjinal qılıncı ilə demək olar ki, eynidir. Onun üzərində yazılan ayələr belə eynidir. Uzunluğu 125 sm, dəyəri isə 1 milyon dollardır.
Bu bahalı əşyanı “2014 Best Model Of Turkey” yarışmasının qalibi olan aktyor Caner Tanrıverdi nümayiş etdirib. Onun üzərində bir necə usta 4 həftə boyunca işləyib.