Türkiyənin Adıyaman bələdiyyəsinin Abuzər Çelik adlı dalandarı yolu süpürərkən, 1,5 kq qızıl tapıb.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, 120 min lirə (təxminən 60 min manat) dəyərində olan qızıl üzükləri yiyəsinə çatdırılması üçün polis verib.
Çelik jurnalistlərə bunları söyləyib: “Sahibini tanımadığım üçün qızılları polisə verdim. 6 uşağım var. Varlı insan deyiləm. Haram mal yemədiyim üçün tapdıqlarımı polisə təslim etdim”.
Qızıllar Adıyaman sərraflar və zərgərlər dərnəyinin başçısı Məmmədəli Yaylagülə verilib.
O, deyib ki, qızılları şəhər xaricindən gələn firmaların nümayəndələri düşürüb.
Məmmədəli Yaylagül firma sahibinin adından Abuzər Çelikə iki qızıl üzük hədiyyə edib.
Adıyaman bələdiyyəsi isə dalandarı üç günlük istirahətlə mükafatlandırıb.