193 dövlətin təmsilçisi Krımla bağlı qətnaməni müzakirə edəcək
25 mart 2014 07:04 (UTC +04:00)

193 dövlətin təmsilçisi Krımla bağlı qətnaməni müzakirə edəcək

0

Ukraynadakı vəziyyətlə bağlı BMT Baş Assambleyasının qətnamə layihəsi quruma üzv 193 dövlətin təmsilçilərinə paylanıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, BMT-nin təmsilçisi Afaf Konca bildirib ki, bu layihə martın 27-də assambleyanın iclasında müzakirə ediləcək.  

 

Baş Assambleyaya təklif olunub ki, martın 16-da Krımda keçirilən referendumun nəticələrini tanımasınlar.

 

Xatırladaq ki, Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul olunmasının qarşısını almışdı.

 

BMT Təhlükəsizlik Şurasından fərqli olaraq,  Baş Assambleyanın qətnaməsi icra üçün məcburi deyil, zəmanət xarakterlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 783

Oxşar yazılar