18 yaşlı qızın öldürülməsi iğtişaşlarla nəticələndi
24 sentyabr 2015 03:56 (UTC +04:00)

18 yaşlı qızın öldürülməsi iğtişaşlarla nəticələndi

0

İordan çayının qərb sahilində İsrail müdafiə ordusu və yerli fələstinlilər arasında iğtişaşlar baş verib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, etirazçılar İsrail əsgərlərini daşqalaq edib. Buna cavab olaraq, əsgərlər fələstinlilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

 

Toqquşmalar sentyabrın 22-də blokpostların birində güllələnən 18 yaşlı fələstinli qızın  dəfnindən sonra başlayıb. İsrail tərəfi bildirir ki, hərbçilərin xəbərdarlığına və  dayanmaq  əmrinə tabe olmayan qız əsgərlərdən birini bıçaqla vurmaq istəyib. Mərhumun ailəsi və şahidlər bu iddiaları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar