30 yaşlı Endrü Meldrum Britaniyada ilk dəfə olaraq, kiber- izləməyə görə ittiham edilib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda «Deyil meyl» qəzeti məlumat verib.
Məhkəmə onu bir il azadlıqdan məhrum edib. Endrü gizli şəkildə 18 ay üç qadının həyatını veb-kamera vasitəsi ilə müşahidə edirmiş.
Mənbə xatırladıb ki, hələ 2010-cu ilin noyabrında qadınlardan biri polisə kompüterlərindəki naməlum proqramla bağlı məlumat veriblər. Endrüyə bu proqram vasitəsi ilə veb-kameradan qurbanlarını müşahidə edirmiş.
Bir müddət sonra daha iki qadın polisə eyni şikayətlə müraciət edib. İstintaqın gedişində məlum olub ki, qadınlar kompüterdə çatışmazlıqla bağlı ona müraciət edən zaman Meldrum sonradan istifadə etdiyi xüsusi proqramı da yükləyib.
Polis Meldrumun kompüterindən həmin qadınların şəxsi həyatına dair 11 min foto, o cümlədən hamamda və yataqdakı çılpaq şəkillərini aşkarlayıb.