17 gündə İraqda 1075 nəfər öldürülüb
24 iyun 2014 20:22 (UTC +04:00)

17 gündə İraqda 1075 nəfər öldürülüb

0

BMT iyunda İraqda ölənlərin sayı haqda hesabat yayıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurum bildirib ki, cari ay çoxu dinc sakin olmaqla 1075 nəfər öldürülüb.

 

İnsan haqlarını müdafiə edən təşkilatlarını  monitorinq qrupunun məlumatına əsasən, Neynəva, Diyala, Salahəddin əyalətlərindən iyunun 5 -22-dək olan müddətdə 757 dinc sakin, daha 318 nəfər isə Bağdadda və İraqın cənubunda öldürülüb.

 

 

 

BMT təmsilçisi Rupert Kolvilin sözlərinə görə, azı bu sayda adam son olayların qurbanı olub. O, əlavə edib ki, məhkəməsiz güllələnənləri, dinc sakinlərə qarşı işlədilən cinayətləri, eləcə də döyüşməyən polis və əsgərlər də öldürülənlərin ümumi siyahısına daxil edilməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar