Londonda bələdiyyə seçkiləri keçirilib. Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, türklərin sıx yaşadığı Londonun Enfield rayonunda 16 türk kökənli namizəd bələdiyyə məclisinə üzv seçilib.
Mənbə bildirib ki, ölkə üzrə 30 türkün bələdiyyə məclisinə üzv seçiləcəyi gözlənilir.
Xatırladaq ki, mayın 22-də İngiltərə və Şimali İrlandiyada keçirilən seçkinin bülletenlərinin sayılması başa çatmayıb.
Enfielddə seçilən türklərin 13 Leyboristlər Partiyasının, 3 –ü isə Mühafizəkarlar Partiyasının namizədləridir.