16 min nəfər Yəməndən çıxa bilmir
16 aprel 2015 03:13 (UTC +04:00)

16 min nəfər Yəməndən çıxa bilmir

Hərbi əməliyyatlar nəticəsində 16 min əcnəbi Yəməni tərk edə bilmir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin nəzdindəki Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Məhəmməd Abdiker bildrib.

 

Onun sözlərinə görə, artıq 38 ölkə Beynəlxalq Miqrasiya Təşkilatına müraciət edərək vətəndaşlarının  Yəməndən çıxarılmasını xahiş edib.

 

“Hesablamalarımıza əsasən, hazırda 16 minədək əcnəbi Yəməni tərk edə bilmir. Bu səbəbdən biz Sudan və Efiopiya hökumətləri ilə humanitar hava körpüsünün yaradılmasına dair razılığa gəlmişik. Bu, daha çox insanı evakuasiya etməyə imkan verəcək”, deyə M.Abdiker bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar