150 qazaxıstanlı qadın "İŞİD"-ə qoşuldu
Qazaxıstanın 300-dən çox vətəndaşı İŞİD terror qruplaşmasına qoşulub.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin açıqlamasında bildirilir ki, İŞİD-ə qoşulan vətəndaşların tam yarısı qadınlardır.
Komitə sədri Nurtai Abygaev adından açıqlanan məlumatda deyilir ki, İŞİD-ə qoşulan qazaxlar Qazaxıstanın təhlükəsizliyini də təhdid edir. Astanada MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin keçridiyi görüşdə çıxış edən Nurtai Abuqaev qazax qadınları arasında İŞİD-ə qoşulmaq istəyənlərin sayı onları çox narahat edir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun açıqladığı məlumatda isə bildirilir ki, İŞİD sıralarında 1500-dən çox Rusiya vətəndaşı vuruşur.
1712