Hindistanın cənubundakı Andxra Pradeş və Telanqana ştatlarında anomal isti hava 150-dən çox adamın ölümünə səbəb olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Telanqana ştatında 73, Andxra Pradeşdə isə 80 nəfər istilərin qurbanı olub. Ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.
Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.
Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.