İstanbuldan Peterburqa küllü miqdarda bəyan olunmamış Venesuela pulu aparan 2 Azərbaycan vətəndaşı "Pulkovo" hava limanında saxlanılıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, onlar gömrükdən keçərkən çantalarında deklarasiya olunmamış 890.9 min Venesuela bolivarını (141 min ABŞ dolları) keçirmək istəyiblər.
Faktla bağlı cinayət işi açılıb.