Meksikanın Nayarit ştatında 149 ton narkotik maddə məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təhlükəsizlik üzrə milli Komissiyasından bildirilib.
Məlumata əsasən, böyük ərazini əhatə edən marixuana plantasiyaları Rosa-Blanka şəhəri yaxınlığında aşkar edilib. Müsadirə olunaraq yandırılmış marixuanının çəkisi 149 ton təşkil edib.
Bu, son illərdə Meksikada məhv edilən ən böyük narkotik maddə partiyasıdır.