13 yaşlı uşaq tapança ilə 6 yaşlı qardaşını öldürdü
26 mart 2015 21:42 (UTC +04:00)

13 yaşlı uşaq tapança ilə 6 yaşlı qardaşını öldürdü

ABŞ-da 13 yaşlı uşaq tapança ilə 6 yaşlı qardaşını öldürüb, digərini isə yaralayıb.

 
ANS PRESS-in məlumatına görə, hadisə Florida ştatında baş verib. Yemək zamanı baş verən mübahisədə 13 yaşlı uşaq əsəblərini cilovlaya bilməyib və silahı götürərək atəş açıb. Nəticədə onun 6 yaşlı qardaşı ölüb, 16 yaşlı digər qardaşı isə yaralanıb. Onun həyatı üçün heç bir təhlükənin olmadığı deyilib. Qardaşını öldürəndən sonra 13 yaşlı oğlan özü də intihar etmək istəyib, amma buna imkan verilməyib. Onun da müalicə olunduğu və həyatı üçün təhlükənin olmadığı bildirilib.
 
Hadisə baş verən zaman uşaqlar evdə tək olublar. Anaları işdə olub. Evdə 6, 13, 16 və 18 yaşlı uşaqlar olub. Amma silahın kimə məxsus olması bilinmir. Yerli polis Kris Nokko hadisəni şərh edərkən bildirib ki, böyük ehtimalla, 6 yaşlı uşaq öz otağında oyun oynayarkən açılan atəşin qurbanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar