13 yaşlı terrorçu-kamikadze qız saxlanıldı
12 dekabr 2014 05:40 (UTC +04:00)

13 yaşlı terrorçu-kamikadze qız saxlanıldı

0

Nigeriya polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 13 yaşlı qızı saxlayıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “şəhid kəməri” aşkarlanıb.  

 

Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında törədilən güclü partlayışlar məhz  kamikadze qızlar tərəfindən həyata keçirilib. Bu terror aktları “Boko Haram” qruplaşması ilə əlaqələndirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar