Əfqanıstanın şimal-şərq əyaləti Bədəxşanda 125 hərbiçi "Taliban" radikal hərəkatının tərəfinə keçib. Lent.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
Əfqanıstanın güc strukturları Bədəxşan vilayətinin ərazisində üç gün ərzində yaraqlılarla döyüşlər aparıblar. Lakin onlar sonradan silahlarını yerə qoyaraq “Taliban” tərəfə keçiblər.