İran İslam Respublikasında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 11,5 min nəfər namizədliyini irəli sürüb.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, altı gün davam edən qeydiyyat prosesi dekabrın 25-də başa çatıb.
İran İslam Şurası Məclisinə seçkilər 2016-ci il, fevralın 26-da keçiriləcək
Xatırladaq ki, Məclisə birbaşa səsvermə yolu ilə 290 üzv seçiləcək. İranda parlament seçkiləri 4 ildən bir keçirilir.