111 yaşlı qoca:[b] “Çox yaşamağıma səbəb viskidir”[/b]
10 iyun 2015 17:36 (UTC +04:00)

111 yaşlı qoca:[b] “Çox yaşamağıma səbəb viskidir”[/b]

0

111 yaşlı Britaniya vətəndaşının sözlərinə görə, onun uzun ömrünün sirri viski, sağlam qida və normal yuxu rejimindədir.  Lent.az-ın vesti.ru-ya istinadən verdiyi məlumata görə, yaxın günlərdə doğum gününü qeyd edən Nazar Sinkh, bu gün münasibətilə də bir parç pivə və bir qədəh viski içib.

Nazar Sinkhin oğlunun sözlərinə görə, atası hər gün süd və badam yağı içir, 9 saat yatır. Maraqlı məqamlarda biri ondadır ki, 111 yaşlı britaniyalı heç bir zaman əməliyyat olunmayıb, eşitmə qabiliyyətini və bir neçə öz dişini qoruyub saxlayıb. 111 yaşı olmasına baxmayaraq, 4 il bundan öncəyə qədər bağdakı işlərlə özü məşğul olub.

Hindistanda dünyaya gələn Nazar Sinkh doğum gününün öz vətənində qeyd edib. 111 yaşlı N.Sinkhin 9 övladı, 34 nəvəsi və 64 nəticəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar