10 ildən sonra Hindistanın baş naziri istefa verib
18 may 2014 04:25 (UTC +04:00)

10 ildən sonra Hindistanın baş naziri istefa verib

Mayın 17-də Hindistan baş naziri Manmoxan Sinqh istefa ərizəsini ölkə prezidenti Pranabu Mukercə təqdim edib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, parlament seçkilərində onun başçılıq etdiyi Hindistan Milli Konqresi məğlub olub.

 

2004-cü ildən hökumətə başçılıq edən Manmoxan Sinqh yeni baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.

 

Parlament seçkisində Hindistanın əsas müxalifət partiyası Bhatriya Canata qalib gəlib. Baş nazir Qucarat ştatının hökumət başçısı Narendre Modini təbrik edib.

 

Mayın 21-də Modi yeni baş nazir kimi and içəcək.

 

Vida nitqində M. Sinqh deyib: “Həyatım və baş nazirliyim açıq kitabdır. Uca millətimə xidmət etmək üçün əlimdən gələni etmişəm. Son 10 ildə fəxr edə biləcəyimiz qədər bir çox dövlətlərdə olduğu kimi uğurlarımız olub. Bununla belə ölkəmizin potensial imkanları var. Biz birlikdə onu gerçəkləşdirməyə çalışmalıyıq ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar