101 yaşlı kişinin bir həftə sonra canlı şəkildə tapılması görənləri şoka salıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Nepalda baş vermiş 7.8 bal gücündəki zəlzələdən 1 həftə keçdikdən sonra 101 yaşlı kişi dağıntıların altından sağ çıxarılıb. Uçmuş binanın altında qalan Funçu Tamanq şənbə günü xilas edilərək vertolyotla xəstəxanaya çatdırılıb. Dəhşətli zəlzələ zamanı evdə olan Tamanqın sadəcə ayaq biləyində və əllərində yüngül xəsarətlər meydana gəlib. 101 yaşlı qocanın dağıntılardan sağ çıxması sevinclə qarşılansa da, bölgədə zəlzələ səbəbindən ölənlərin sayı hər gün çoxalır.
Rəsmi açıqlamalara görə, zəlzələ nəticəsində ölənlərin sayı 7 200-ü keçib. Bu rəqəmin 10 mindən çox olacağı istisna olunmur. Maliyyə naziri Ram Şaran Mahat isə bildirib ki, axtarış-xilasetmə dəstələri dağlıq ərazilərə çatanda ölü sayı sürətlə artacaq.