101 yaşlı Riçard Hendrikson iylun 27-də ABŞ-ın meteoroloqları tərəfindən mükafatlanacaq.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, 84 il ərzində fasiləsiz olaraq, könüllü sinoptik işləyib.
Mənbə bildirib ki, Hendrikson 1930-cü ildə Nyu-Yorkun Lonq - Aylənd rayonunda fermerliyə başlayanda bağında havanı müşahidə etməyə başlayır.
Könüllü öz həyətində quraşdırdığı qurğu vasitəsi ilə havanın dəyişməsini müşahidə edib.
Beləliklə, o, 84 ildir hər gün müşahidələrinin nəticələrini ABŞ Dövlət Meteoroloji Xidmətinə (DMX) ötürür.
Mənbə xatırladıb ki, bu qurum 1870-ci ildə yaranıb.
Bundan başqa ölkə üzrə DMX-nin 8 min 500 könüllü meteoroloqu var. Rəsmi əməkdaşlar hər gün onlardan məlumat alır. Ancaq onların arasında ən etibarlısı Hendrikson sayılır.