Moskvada 10-a yaxın uşağı zorlamaqda şübhəli bilinən pedofil tutulub. Lent.az-ın rus mətbuatına istinadən məlumatına görə, 2011-ci ildən bəri axtarışda olan seksual manyak Moskvanın şərqində saxlanılıb. Xəbəri Rusiya DİN-nin əməkdaşı Tatyana Petrova təsdiqləyib. Onun adı polisə məlum olsa da, istintaqın maraqlarına görə, hələlik açıqlanmır.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 49 yaşlı manyakın zorladığı qızlardan ən kiçiyinin 8, ən böyüyünün isə 13 yaşı olub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 135-ci maddəsi il cinayət işi başlanıb.