Utancaq insanlar görüşmək üçün yeni üsul tapdılar
11 iyun 2021 08:56 (UTC +04:00)

Utancaq insanlar görüşmək üçün yeni üsul tapdılar

Utancaq gənclər real həyatda tanış olmağın yeni üsulunu fikirləşiblər, bu üsul internetdə də geniş populyarlıq qazanıb.

Lent.az “Daily Mail”ə istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri kütləvi şəkildə adları, telefon nömrələri və ya sosial şəbəkələrdəki hesabları olan markalar alırlar. Bu, insanların diqqətini özünə çəkmədən ictimai yerlərdə tanımaq üçün edilir.

Bunu etmək üçün bəyəndiyiniz insanın bədəninin hər hansı bir hissəsinə möhür vurmalısınız. Məsələn, Amsterdam sakini Abena Etvi belə bir möhürü özünə inamsızlıq üzündən insanlarla həyatda görüşməkdən qorxduğu üçün aldığını etiraf edib.

Digər bir “Tik Tok” istifadəçisi bir klubda bir əyləncə gecəsi zamanı fərqli insanlara necə iz buraxdığını nümayiş etdirən bir post paylaşıb. Video 246 mindən çox baxış sayı toplayıb.

# 1527
avatar

Oxşar yazılar