Hər il Meksikanın Oaxaka şəhərində keçirilən “La Noche de Rabanos” festivalı bu il pandemiya səbəbindən təxirə salınıb.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, dünyada öz unikallığı ilə seçilən festivalda turpdan müxtəlif fiqurlar, rəsm əsərləri, dekorlar düzəldilir. Sonda isə qalibə 15 min peso (təxminən 750 dollar) pulla mükafatlandırılır.
Qeyd edək ki, fotolarda görünən bu turplar xüsusi qaydad yetişdirilir.