Türkiyənin Rizə bölgəsində güclü yağış, daşqın və torpaq sürüşməsi fəlakətə səbəb olub.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində 7 nəfər həlak olub, 1 nəfər itkin düşüb.
Türkiyə Daxili İşlər naziri Süleyma Soylu fəlakətlə bağlı prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandırdığını qeyd edib:
"İtkin düşənlərin axtarışı davam edir. Xəstəxanadakı vətəndaşlardan 4-ü evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir”.
Qeyd edək ki, ötən gün başlayan güclü yağış bir neçə evin tamamilə dağılmasına səbəb olub.