Türkiyə Qəzzaya hərbi kontingent  göndərə bilər
20 fevral 2026 01:34 (UTC +04:00)

Türkiyə Qəzzaya hərbi kontingent göndərə bilər

0

Türkiyə Qəzzada fəaliyyət göstərəcək polis qüvvələrinə təlim keçməyi öhdəsinə götürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.

Nazir bildirib ki, Türkiyə Qəzzaya yalnız humanitar yardım göstərməklə kifayətlənməyəcək. Türkiyə hökuməti həm də bölgədə asayişin təmin olunması məqsədilə formalaşdırılacaq polis qüvvələrinə təlim verilməsi ilə bağlı öhdəlik götürüb. Onun sözlərinə görə, bölgəyə hərbçi göndərilməsi məsələsi də Türkiyənin gündəmindədir.

“Qəzzada yaşayan iki milyondan artıq insanın yerli təhlükəsizlik və asayiş xidmətlərinin təmin edilməsi məqsədilə polis qüvvəsi məsələsi müzakirə olunur. Bu çərçivədə yaradılacaq yerli polis təşkilatına təlim verilməsi ilə bağlı ölkəmizin öhdəliyi var.

Bundan əlavə, tərəflər razılığa gəldiyi təqdirdə Qəzzaya sülhməramlı qüvvə göndərilməsi məsələsində də cənab prezidentin siyasi iradəsi mövcuddur.

Vermək istədiyimiz əsas mesaj budur: istər humanitar yardım, istər Qəzzanın idarə olunmasına dəstək, istər infrastruktur, su və əsas ictimai xidmətlərin bərpası, istərsə də sabitliyin təmininə töhfə olsun, Türkiyə bütün bu sahələrdə hərtərəfli dəstək göstərməyə hazırdır”, – deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar