“Titanik”in sərnişinin saatı 100 minə satılacaq
05 noyabr 2024 17:36 (UTC +04:00)

“Titanik”in sərnişinin saatı 100 minə satılacaq

“Titanik”in batması zamanı sərnişinlərdən birinin dayanan cib saatı hərracda təxminən 100 min dollara satılacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Titanik"in uruqvaylı sərnişini Ramon Qomezin gəmi batdığı zaman saat 4:53-də dayanan cib saatı hərraca çıxarılacaq. Mütəxəssislər hesab edirlər ki, kolleksiyaçılar bu nadirlik üçün təxminən 100 min dollar ödəməyə razı olacaqlar.

Qomez qəza zamanı çimərlik kreslosunu tutaraq özünü xilas etməyə çalışıb. Onun meyiti “Titanik”in batmasından bir həftə sonra tapılıb. Şəxsi əşyaları ilə birlikdə müsadirə edilən saat bərbad vəziyyətdə olub.

Hərrac təşkilatçıları saatı “Titanik”lə əlaqəli “emosional cəhətdən ən güclü” əşyalardan biri və əsl kolleksiyaçı əşyası kimi təsvir edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar