Zimbabvedə timsahlar Masvinqo əyalətində 23 yaşlı gənci parçalayaraq yeyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ölkənin cənub-şərqindəki məşhur Qonarezhu Milli Parkında baş verib. Ölkənin Parklar və Vəhşi Təbiət İdarəsinin sözçüsü Tinaşe Faravo hadisəni təsdiqləyib.
“Təəssüf ki, Qonarezhuda Çilo dərəsində timsahlar 23 yaşlı gənci öldürüb. İki timsah məhv edilib. Onların mədələrindən mərhumun bədən hissələri çıxarılıb”, - deyə Faravo bildirib.
Qeyd olunur ki, Zimbabvedə yırtıcı sürünənlər quraq mövsümlərdə tez-tez balıqçılara hücum edir. Bu zaman timsahlara daha çox su obyektlərinin sahillərində rast gəlinir.