Təcili yardım maşını çuxura düşdü, ölü dirildi  - ŞOK OLAY - VİDEO
13 yanvar 2024 16:36 (UTC +04:00)

Təcili yardım maşını çuxura düşdü, ölü dirildi - ŞOK OLAY - VİDEO

Hindistanda öldüyü elan edilən 80 yaşlı kişi dəfnə aparılarkən qəfildən “dirilib”.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Darşan Singha Brara dörd gün süni nəfəs aparatında qalıb. Lakin yanvarın 11-də səhər həkimlər 80 yaşlı qocanın ürəyinin dayandırdığını bildirib. O, nəfəs aparatından ayrılıb və ölü elan edilib.

Tezliklə təcili yardım maşını kişinin cəsədini Haryana ştatının Dhand kəndinə aparmaq üçün yola düşüb. Kənddə isə mərhumun qohumları hüznlə meyiti gözləyir və yeməklər düzüb hazırlaşıblar.

Yolda isə meyiti daşıyan təcili yardım maşını qəfil çuxura düşüb. Bundan sonra avtomobildə olanlardan biri Braranın əlini tərpətdiyini görüb. Şoka düşən adam kişinin ürək döyüntülərini yoxlayıb və onun ölmədiyini bilib.

Bundan sonra o, həkimlərə xəstəxanaya getmələrini deyib, həkimlər Braranın həqiqətən də sağ olduğunu və nəfəs aldığını təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4893
avatar

Oxşar yazılar