Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən uzaqlaşdırdı-YENİLƏNİB -VİDEO
02 dekabr 2024 06:52 (UTC +04:00)

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən uzaqlaşdırdı-YENİLƏNİB-VİDEO

Xüsusi təyinatlılar Tbilisidə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb, bir neçə nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, xüsusi təyinatlı dəstə bütün gecəni Rustaveli prospektinin ortasında dayanıb və etirazçıların parlament qarşısındakı əraziyə qayıtmasına mane olub.

 

***
22:47
01.12.2024



Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.

Lent.az “Interpress” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.

18:36
***

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

***

saat 11.52

Tbilisidə etiraz aksiyası davam edir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar.

Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib.

Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Tbilisidə parlament qarşısında etiraz aksiyası

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5469

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51