Talibandan yeni QADAĞA
26 avqust 2021 14:38 (UTC +04:00)

Talibandan yeni QADAĞA

 “Taliban” rejimi yeni qanunlarından bir neçəsini açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, qadınları kişisiz 2 gün gəzintiyə getməsi və musiqi qadağan edilib. 

“Taliban” rəsmisi Zabihullah Mücahid qeyd edib ki, qadınlar işə, xəstəxanaya, universitetə tək gedə bilərlər: 

“Yalnız səyahət zamanı kişi qəyyumla birgə harasa gedə bilərlər. Onların baş örtüyündən isifadə etmələri məcburidir. 
İslamda musiqi qadağandır, amma ümid edirik ki, insanlar təzyiq göstərilmədən bunu özləri anlayacaqlar”.

Qeyd edək ki, “Taliban” rejimi Əfqanıstan Musiqi İnstitutuna hücum edərək, bütün musiqi alətlərini sındırmışdılar. Görüntülər sosial mediada da paylaşılmışdı. 


# 7698
avatar

Nigar Adil

Oxşar yazılar