Şahzadə Diana və şahzadə Çarlzın toy tortu 40 ildən sonra satışa çıxarılıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, illərdi saxlanılan bir dilim tortun ilkin qiyməti 400 funt-sterlinq (təxminən 933 manat) təyin edilib.
Təşkilatçılar tort diliminin daha baha qiymətə satılacağına ümidlidirlər. Badamlı və şirin xəmirdən hazırlanan tort şahzadənin 23 rəsmi toyunun birində hazırlanıb.
“Qış Auksionları”nın hərracçısı və baş qiymətləndiricisi Kris Alburi tort diliminin xüsusi saxlanıldığını, ilk gündəki kimi təzə olduğunu qeyd etsə də, yeməməyi məsləhət görür.
Avqustun 11-də satışa çıxarılacaq tort dilimini Kraliça Anne Clarence evinə gələn Moyra Smith adlı şəxsin saxladığı məlum olub. Qabda dilimi saxlayan Smith onun üzərinə "Diqqətli olun. Şahzadə Çarlz və Şahzadə Diananın toy tortudur".
Orijinal ağ və gümüş qutuda satışa çıxarılan tortun üzərinə "Bukingem Sarayı 29 İyul 1981" sözləri yazılıb.
Qeyd edək ki, Smithin ailəsi tortu 2008 -ci ildə də kolleksiyaçıya satıb.