Rusiyanın tanınmış hərbi jurnalisti döyüşlərdə həlak oldu
07 avqust 2024 22:37 (UTC +04:00)

Rusiyanın tanınmış hərbi jurnalisti döyüşlərdə həlak oldu

Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnının Kursk vilayətində həlak olduğu bildirilir.

Lent.az xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin verib.

Rusiyanın bir sıra telegram kanalları da onun öldüyü ilə bağlı məlumat yayıb. Amma hələ ki, məlumat rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Yevgeni Poddubnı bu gün Kursk vilayətində işləyib və Sudjanski vilayətində və ətraf ərazilərdə gedən döyüşlər barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar