Kamçatkadakı Klyuçev Sopkası vulkanının püskürməsi nəticəsində kül buludu 6 km hündürlüyə yüksəlib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
"Noyabrın 6-da səhər saatlarında Klyuçevskoye vulkanından 6 min metr hündürlüyə qədər kül tullantıları qeydə alınıb. Kül kütləsi şimal-şərq istiqamətində Ozernı buxtasına doğru yayılır”, - məlumatda deyilir.