Roma papasını İraqda partlatmaq  istədilər
17 dekabr 2024 21:56 (UTC +04:00)

Roma papasını İraqda partlatmaq istədilər

Roma papası Fransiski 2021-ci ildə İraqa səfəri zamanı kamikadze partlatmağı planlaşdırıb. 

Lent.az xəbər verir ki, bu barədə pontifik özü xatirələrində danışıb, onlardan çıxarışlar “Corriere della Sera” jurnalında dərc olunub.

Qəzet Papanın gələn ay çıxacaq “Ümid” adlı avtobioqrafik kitabından parçalar dərc edib.

Kitabda pontifik 2021-ci ilin martında İraqa səfərindən bəhs edib. Xatirələrində qeyd edir ki, Vatikan rəhbəri Bağdada gəldikdən sonra Britaniya kəşfiyyatı İraq polisinə partlayıcı ilə bir qadının İŞİD yaraqlılarının yerləşdiyi Mosul şəhərinə yollandığını və pontifik səfəri zamanı özünü partlatmaq niyyətində olduğunu bildirib. 

Papanın səfəri ciddi təhlükəsizlik şəraitində də olsa, planlaşdırıldığı kimi baş tutub.

"Komandir qısaca cavab verdi: artıq burada deyillər. İraq polisi onları yaxalayıb və partlayışa məcbur edib. Bu da məni heyrətləndirdi: hətta bu müharibənin zəhərli bir bəhrəsidir", - Papanın kitabında vurğulanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar