Quldurlar evlərə girib 20 nəfəri  öldürdülər - VİDEO
20 fevral 2025 18:19 (UTC +04:00)

Quldurlar evlərə girib 20 nəfəri öldürdülər - VİDEO

Haitidə silahlı qruplaşma paytaxt Port-o-Prensdə qətliam törədib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkədəki İnsan Haqlarının Müdafiə Mərkəzi qətliamın “Vitel Homme İnnocent” qruplaşması tərəfindən törədildiyini açıqlayıb.

Məlumata əsasən, cinayətkar birlik üzvləri paytaxtda evlərə basqın edərək, 20 nəfəri öldürüblər. Ölənlər arasında bir ailənin beş üzvü də var.

Qeyd olunur ki, bir müddət əvvəl paytaxt polisinni keçirdiyi əməliyyat nəticəsində dəstənin çoxsaylı üzvü öldürülüb. Bu basqınların və 20 nəfərin öldürülməsinin də polisin əməliyyatlarına cavab olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar