Qızının sevgilisini öldürmək üçün killer tutdu
10 aprel 2024 16:50 (UTC +04:00)

Qızının sevgilisini öldürmək üçün killer tutdu

ABŞ-ın Kaliforniya ştatında 47 yaşlı Samuel Pasillas keçən il qızının sevgilisini öldürmək üçün 40 min dollara killer tutub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Pasillas martın 13-də həbs olunub və ona qətlə çağırış, qətl törətmək üçün sui-qəsd, adam öldürməyə cəhd və öldürücü silahla basqın etmə maddələri ilə cinayət işi açılıb. Yerli təhlükəsizlik qüvvələrinin məlumatına görə, 21 oktyabr 2023-cü ildə bir nəfər güllə yarası ilə xəstəxanaya gəlib. Hadisə ilə bağlı polis dərhal ora gedib.

Xəsarət alan şəxs əməliyyatçılara hərəkətdə olan avtomobil tərəfindən vurulduğunu və tibbi yardım üçün öz maşını ilə xəstəxanaya gəldiyini bildirib. Hadisəni mərhələ-mərhələ araşdıran təhqiqatçılar hadisənin hücum olduğunu müəyyən ediblər. Şübhəlilərin hücumdan bir neçə həftə əvvəl qurbanı izlədiyi də müəyyən edilib.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkənin sevgilisinin atası yerli kilsənin keşişi Pasillasdır. Daha sonra əməliyyatçılar atanın işə götürdüyü adamlarla görüşdüyünə dair sübutlar üzə çıxarıb və onlara qurban haqqında, o cümlədən həmin axşam harada olacağı barədə ətraflı məlumat verib.

Hadisəni törədən 55 yaşlı Xuan Manuel Cebreros həbs edilib. Cebreros qətl törətmək, adam öldürməyə cəhd və silahla sui-qəsddə ittiham olunur. Hazırda hər iki şübhəli 1 milyon dollar girov müqabilində saxlanılır. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4208

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23