Qəzada itirdiyi 4 barmağını həkimlər 7 saata yerinə bərpa etdilər
03 avqust 2023 10:58 (UTC +04:00)

Qəzada itirdiyi 4 barmağını həkimlər 7 saata yerinə bərpa etdilər

72 yaşlı qadının qopan barmaqları 7 saatlıq əməliyyatda yerinə tikilib.

Lent.az xarici mediyaya istinadən bildirir ki, hadisə Türkiyədə baş verib. 

Rizenin Ardeşen mahalında yaşayan Ayşe Karaca 15 gün əvvəl kənddəki kanat telinin artıq olan hissəsini yoldan keçən maşınlara zərər verməmək üçün çıxarmaq istəyib. Polad məftil qaldırılarkən kanat yolunun  çəkilməsi nəticəsində Karacanın sol əlindəki 4 barmağı qırılıb. Qohumları tərəfindən Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasına gətirilən Karacanın kəsilmiş barmaqları Op. Dr. Ahmet Öncül tərəfindən təxminən 7 saatlıq əməliyyatla bərpa edilib.
Təxminən 7 saatlıq əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşıdır. Əməliyyat həkimi bildirib ki, xəstəmizin müalicəsi başa çatdıqdan sonra fiziki müalicədən sonra əvvəlki kimi 4 barmağını da istifadə edə biləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Xədicə Novruzova

Oxşar yazılar