Çexiyada peyvənd olunan insanlara hədiyyə veriləcək.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Çexiyanın baş naziri Andrey Babiş sosial media hesabından bu haqda məlumat verib.
İyulun 13-də paytaxt Praqada peyvənd mərkəzləri açılacaq. Peyvənd olunan insanlara “iPhone12”, idman ayaqqabısı, oyun yükləmə platformu üçün ödəniş kartları hədiyyə olunacaq.