Pələng bir hücumla 4 qadını parçaladı  - VİDEO  - YENİLƏNİB
02 iyun 2026 11:10 (UTC +04:00)

Pələng bir hücumla 4 qadını parçaladı - VİDEO - YENİLƏNİB

0

Hindistanda dörd qadını parçalayan pələng tutulub.

Lent.az xəbər verir ki, xarici mediaya istinadla bildirir ki, mayın 22-də tendu ağacının yarpaqlarını toplayan 13 qadın yırtıcıların hücumuna məruz qalıb. Dörd qadını xilas etmək mümkün olmayıb. Əvvəlcə qadınlara bir pələngin hücum etdiyini düşünüblər. Lakin sonradan məlum olub ki, hücumu bütöv bir pələng ailəsi, ana pələng və artıq böyümüş üç balası həyata keçirib.

Mayın 27-də dişi pələng və balalardan biri tutulub, lakin daha iki gənc pələng hələ də axtarılır. Onları tapmaq üçün meşədə 30-dan çox kamera-tələ quraşdırıb və yem yerləşdirilmiş qəfəslər qoyub.

Hücum nəticəsində həyatını itirənlərin ailələrinə ilkin kompensasiya olaraq hərəsinə bir milyon rupi (təxminən 17 min manat) ödənilib.

***

26 may, 11:28

Hindistanın Çandrapur dairəsində pələngin hücumu nəticəsində dörd qadın həlak olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadınların hamısı tendu yarpaqları toplayırmış. Onlardan doqquzu xilas ola bilib. Qadınlar qışqıraraq kömək çağırıb, daha sonra isə meşədən qaçıblar.

Kənd sakinləri qışqırıq səslərini eşidən kimi meşəyə tərəf qaçıblar. Bir qədər sonra hadisə yerinə meşə təsərrüfatı idarəsinin əməkdaşları və polis gəlib.

Səlahiyyətli qurumlar bildiriblər ki, həlak olanların ailələrinə hər biri üçün 25 min rupi məbləğində kompensasiya ödəniləcək. Bu, təxminən 263 ABŞ dollarına bərabərdir.

Bundan əlavə, növbəti bildirişədək meşədə tendu yarpaqlarının toplanmasına tam qadağa tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1286

Oxşar yazılar