"NATO Ukraynaya qoşun yeridə bilər " - Polkovnik
04 yanvar 2024 13:02 (UTC +04:00)

"NATO Ukraynaya qoşun yeridə bilər" - Polkovnik

“NATO Ukraynaya qoşun yeridə və yaxın bir neçə ildə Rusiya ilə müharibəyə başlaya bilər”.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu fikirləri Britaniya ordusunun istefada olan polkovniki hərbi ekspert Hamiş de Bretton-Qordon “TalkTV”yə müsahibəsində deyib.

Britaniya hərbçilərinin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə növbəti uğursuzluqları halında baş verə bilər. Ekspert qeyd edib ki, Qərb ölkələri öz qoşunlarını göndərməkdən başqa, Ukraynaya kömək etmək üçün hər şeyi ediblər.

Hamiş de Bretton-Qordon Rusiya ordusunun növbəti uğurları olacağı təqdirdə Şimali Atlantika Alyansının öz konsepsiyasına yenidən baxa biləcəyi ehtimalını etiraf edib.

Bundan əvvəl “Tayms” qəzeti Britaniyanın Moskva ilə Kiyev arasındakı münaqişəni daha bir il uzatmaq planını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

Oxşar yazılar