İsraildə minlərlə həkim olmaq istəyən tələbə iş yerlərini tərk edir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb ölkədə iş saatının çox olmasıdır.
Məlumata əsasən, 2596 həkim olmaq istəyən tələbə Təl-Əviv Regional Sağlamlıq İdarəsinə istefa ərizəsi ilə müraciət edib.
Onlar 26 saata qədər davam edən növbəli iş rejiminə etiraz edirlər. İki həftə ərzində Səhiyyə Nazirliyi ilə razılığa gəlməsələr, onların istefası qəbul olunacaq.