Antalyada yaşayan 52 yaşlı Gönül Gülər təqaüdünü sahibsiz pişiklərə xərcləyir.
Lent.az yerli mətbuata istinadən bildirir ki, evində 80 pişik saxlayan qadının banklara külli miqdarda borcu var.
Banklardan götürdüyü kreditlərə görə hər ay təqaüdündən ona yalnız 25 lirə qaldığı məlum olub. 90 min lirə borcu olan Gönül Gülər hazırda icraçılarla problem yaşadığını açıqlayıb.