Koronavirusla bağlı yanlış məlumat yaydı:  həbs edildi
07 oktyabr 2021 09:51 (UTC +04:00)

Koronavirusla bağlı yanlış məlumat yaydı: həbs edildi

ABŞ-ın Texas ştatının sakini Kristofer Çarlz Peres “Facebook” hesabında yanlış məlumat yaydığına görə cinayət məsuliyyətinə cəlb olunub. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Kristoferə 15 ay həbs və 1000 dollar cərimə tətbiq  olunub. 

Kristoferin ötən il də eyni ittiham üzrə iki dəfə məhkum edildiyi məlum olub. 

Məlumata görə, “Facebook”da koronavirusla bağlı yanlış məlumat yayan 3000 hesab bağlanıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Nigar Adil

Oxşar yazılar