İndozneziyada piton ilanı fermeri udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Sabanq şəhərində bir meşədə baş verib.
Peko adlı fermer palma suyu tapmaq üçün meşəyə gedib. Bundan sonra ondan xəbər olmayıb. Kürəkəninin itkin düşdüyünü bilən qayınatası Vavan onun axtarışlarına çıxıb.
Kişi meşədə bir pitonun qarnının həddən artıq şişdiyini görüb şübhələnərək kəndlilərə xəbər verib. Pitonun qarnı yarılıb və Pekonun palçığa bürünən meyiti ilanın qarnından çıxarılıb.
Qeyd olunur ki, İndoneziya dünyanın ən böyük ilan və timsahları olan ölkəsidir.